DÜNYA

Kənddə dəhşətli cinayət: Sərxoş kişi 16 yaşlıya təcavüz edəndən sonra yuxuya gedib və...

Rusiyada Sverdlovsk vilayətindəki kəndlərdən birində sərxoş vəziyyətdə zorlayan şəxs cinayət yerində yatıb, onun 16 yaşlı qurbanı şkafda gizlənərək valideynlərini və polisi gözləyib.

Milli.Az xəbər verir ki, bu barədə Life-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Katya (ad dəyişdirilib) evdə tək idi, çünki valideynləri başqa şəhərdə işləyir və bəzən orada gecələyirdilər. Qız axşam həyətdən qəribə səslər eşitməyə başlayıb. Bayıra çıxıb nə baş verdiyini görmək qərarına gələndə 36 yaşlı qonşusunu görüb.

Məktəbli traktorçu Yevgeni adlı kişini tanıyırdı və tanış sima görəndə heç qorxmadı. Lakin məlum olub ki, sərxoş şəxs yaxşı niyyətlə gəlməyib. Qonşu qızı evə sürüyərək zorlayıb.

Görünür, törədilən cinayət sərxoş traktor sürücüsünü tamamilə yorub və o, yuxuya gedib. Katya evdən qaçmaq istəyib, lakin Yevgeninin qapının cırıltısından oyanacağından qorxub və şkafda gizlənməyə qərar verib. Qız atasına zəng edib onun gəlişini gözləyib. Valideyn zəngdən bir saat sonra gələ bilib və o, zorlayanı oyadıb.

Polis gələnə qədər təcavüzkar özünü sakit aparıb və eyvanda oturub. Nəticədə həmin şəxs həbs edilib. Faktla bağlı "Yetkinlik yaşına çatmayan şəxsi zorlama" və "Yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi xarakterli zorakılıq hərəkətləri" maddələri ilə cinayət işi başlanıb.

Mənbənin dediyinə görə, Yevgeninin özünün 6 övladı var - 3-ü birgə yaşadığı qadından, 3-ü isə əvvəlki nikahdan olan övladlardır.

Loading...

Oxşar Xəbərlər