KRİMİNAL

Bakıda hoteldə dəhşətli şəkildə bıçaqlanan müğənni ilə bağlı ŞOK GERÇƏK ÜZƏ ÇIXDI - VİDEO

Ölkə mediasında 23 bıçaq zərbəsilə oteldə qətlə yetirildiyi bildirilən müğənni Aygün Mirzəyeva "Space TV"nin "TərəfSiz" tok-şousunda qonaq olub.

32gun.az xəbər verir ki, müğənni efirdə başına gələn hadisənin real təfərrüatlarını və törədilən cinayət hadisəsinin səbəbləri barədə danışıb.

Xatırladaq ki, iyulun 16-dan etibarən sosial şəbəkələrdə Nizami rayonunda yerləşən otellərin birində müğənni A.Mirzəyevanın qətli ilə bağlı videogörüntülü xəbərlər yayılıb. Otel otağındakı kamera vasitəsilə lentə alındığı iddia olunan kadrlarda cinsi əlaqədə olan şəxslərin başqasına tutulması və həmin adamın onlara bıçaqla hücum edərək qadını öldürməsi əks olunmuşdu.

Cinayət hadisəsi barədə Nizami Rayon Prokurorluğu tərəfindən məlumat yayılaraq faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlandığı, şübhəli şəxs qismində Əli Məmmədovun tutularaq istintaqa cəlb edildiyi bildirilmişdi.

Loading...

Oxşar Xəbərlər