DİGƏR

ŞOK İDDİA: Hacı İbrahimin dostu şəxsi təyyarəsi ilə xaricə dollar daşımaq istədi: Qarşısını F-16 kəsdi

Türkiyəli iş adamı Ali Ağaoğlunun xaricə külli miqdarda valyuta daşımaq istəməsi barədə iddialar yayılıb.

32gun.az "Sondakika"com-a istinadən xəbər verir ki, iddialara görə, içi dollarla dolu olan iş adamının özəl təyyarəsinin ölkədən çıxmasına F-16 qırıcısı imkan verməyib. Yayılan iddialara cavab verən iş adamı, xəbərləri təkzib edib. O bildirib ki, iddiaların əsası yoxdur. İş adamı özəl təyyarəsinin və xaricdə mülkinin olmadığını bəyan edib.

“Sübut etsinlər” - deyə iş adamı bildirib.

Qeyd edək ki, Ali Ağaoğlu azərbaycanlı iş adamı Hacı İbrahimlə dostdur. Bu barədə Hacı İbrahim Nehrəmli özü açıqlamalarının birində demişdi. SOnradan onların arasında problem yarandığı da deyilirdi. 

Loading...

Oxşar Xəbərlər