DÜNYA

Polis gecəyarısı nənə və nəvəni oteldən bayıra atdı – BİR STATUSA GÖRƏ

ABŞ-ın Corciya ştatında yaşayan qadının başına maraqlı iş gəlib.

Lent.az-ın xəbərinə görə, 60 yaşlı qadın 6 yaşlı nəvəsini gəzməyə aparıb.

Evlərindən bir neçə yüz kilometr aralıda qaldıqları oteldə onlar gecəyarısı sürprizlə qarşılaşıblar. 

Otelin xidmət səviyyəsini 3 balla qiymətləndirən qadın inzibatçının qəzəbinə tuş gəlib. Gecə yataqda ikən otel işçiləri polisin köməyi ilə qadını bayıra atıblar. Xoşbəxtlikdən qadın və nəvəsi yaxında başqa otel tapa bilib.

Evə qayıdarkən kürəkənin qadına məsləhəti bu olub: “sənə nə düşüb ki, kanalizasiya işləmir, vanna otağı pisdir kimi şərhlər yazırsan? Bir daha gəmidə oturub gəmiçi ilə dava eləmə”.
 

Loading...

Oxşar Xəbərlər