KRİMİNAL

Dünyanın axtardığı dələduz Azərbaycana təhvil verildi

Ukrayna Baş Prokurorluğu axtarışda olan şəxsi Azərbaycana təhvil verib.

Baş Prokurorluqdan 32gun.az-a verilən məlumata görə, Mövsümov Mövsüm Vaqif oğlu barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.

2021-ci ilin may ayında şəxs Ukrayna ərazisində müəyyən edilərək həbs edilib.

Noyabrın 26-da isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə M.Mövsümov Ukraynadan Azərbaycana gətirilib.

Loading...

Oxşar Xəbərlər