DÜNYA

Tonoyanın həbs müddəti daha iki ay uzadıldı

İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsi keçmiş müdafiə naziri Davit Tonoyanın həbs müddəti daha iki ay uzadılıb.

"Unikal" xəbər verir  ki,  bu barədə onun vəkili Sergey Ovannisyan məlumat yayıb. 

O, məhkəmə qərarını aldıqdan sonra apellyasiya məhkəməsinə müraciət edəcəklərini bildirib.

Bildirək ki, Davit Tonoyan Müdafiə Nazirliyinə döyüş sursatının verilməsindən sui-istifadə etməkdə ittiham olunur.

Loading...

Oxşar Xəbərlər