MƏDƏNİYYƏT - ŞOU

Aygün Kazımovanın 30 il əvvəlki görüntüsü paylaşıldı - Müzakirələrə səbəb oldu (VİDEO)

Xalq artisti Aygün Kazımova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

32gun.az oxu.az-a istinadən xəbər verir ki, sənətçi “Instagram” hesabında arxiv görüntülərini paylaşıb.

Video 21 il əvvəl - 2001-ci ildə lentə alınıb. Görüntülərdə Kazımovanın “Ulduzlar bağı” adlı verilişdə sevilən ifalarından birini səsləndirməsi əks olunub.

Sənətçinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanaraq müzakirə olunub.

İzləyicilərin bir qismi Xalq artistini tərif yağışına tutub. Sənətçinin qızılı rəngli parlaq libası da diqqətlərdən yayınmayıb. İstifadəçilərin bəziləri Aygünün geyimini məşhur ulduz Beyonsun libası ilə müqayisə ediblər.

Onlar “Beyonsun indi geyindiyini Aygün 30 il əvvəl geyinib” deyərək Kazımovanın hər zaman zövqlü tərzi ilə seçildiyini vurğulayıblar. 

İfaçının müzakirələrə səbəb olan həmin görüntülərini təqdim edirik:

Loading...

Oxşar Xəbərlər