KRİMİNAL

Bacı-qardaş zinət əşyaları sifariş etdilər, satıcıları hədələdilər - TƏFƏRRÜAT

Şəmkir rayonunda quldurluq etməkdə ittiham olunan Sənani Misirov və ogey bacısı Gülnar Həşimzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun ictraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 29-na təyin olunub.

İttihama görə, Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsidə vətəndaşı bıçaqla ölümlə hədələyərək külli miqdarda qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçirən Sənani Misirov və Gülnar Həşimzadə həbs olunublar.

Məlum olub ki, ötən ilin noyabrın 26-da Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Sənani Misirov ögey bacısı Gülnar Həşimzadə ilə birlikdə Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqdan onlayn yolla qızıl-zinət əşyalarını Şəmkir rayonunda yaşdıqları kirayə mənzilə çatdırılmasını sifariş verib.

Yaşadıqları evdə satıcıya əlindəki bıçaqla zor tətbiq edəcəyi ilə hədələyən Sənani Misirov ondan ümumi dəyəri 1050 manat olan 11 ədəd qızıl sikkə, ümumi dəyəri 3300 manat olan qızıl üzük, 1 cüt sırğa, boyunbağı və 200 manat dəyərində mobil telefonu quldurluq yolu ilə mənimsəyiblər, vətəndaşa ümumilikdə 15.064 manat maddi ziyan vurublar.  

Saxlanılan şəxslər əldə etdikləri qənimətlə birlikdə hadisə yerindən uzaqlaşaraq Bakıya şəhərinə gedərək həmin əşyaları sataraq nağd pula çeviriblər.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində Elnurə İbrahimova və Aybəniz Zeynalova tanınıblar.

İstintaq orqanı tərəfindən Sənani Misirov və Gülnar Həşimzadənin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib. 

 //bizim media

Loading...

Oxşar Xəbərlər