DÜNYA

Vəzifəsindən istefa verən qadın yenidən nazir seçildi - FOTO

İsveçdə Baş nazir seçildikdən təxminən 7 saat sonra istefa verən Maqdalena Anderson parlamentdə keçirilən səsvermədə etimad səsi alaraq yenidən Baş nazir seçilib.

"Unikal" xəbər verir ki, qadınlara səsvermə hüququ verildikdən təxminən 100 il sonra İsveçdə ilk Baş nazir olmuş Maqdalena Anderson onu seçməyən partiyalarla da əməkdaşlıq edəcəklərini açıqlayıb. 

"Bütün azlıq hökumətləri kimi, biz də parlamentdəki digər partiyalarla əməkdaşlığa can atacağıq və bunun üçün yaxşı imkanlar görürəm. Sosial Demokratlar parlamentdə bu günə qədər ən böyük partiya qrupuna sahibdirlər. Bizim də başqaları ilə uzunmüddətli əməkdaşlıq ənənəmiz var və hərəkət etmək üçün nə lazımdırsa etməyə hazırıq", - deyə Baş nazir bildirib. 

Vəzifəsindən istefa verən qadın yenidən Baş nazirseçildi

Loading...

Oxşar Xəbərlər