HADİSƏ

Döyülən şəxs iki gün sonra xəstəxanada ÖLDÜ

Bakıda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb.

Bu barədə 32gun.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Sabunçu RPİ 15-ci Polis Bölməsinə noyabrın 27-də saat 23 radələrində Zabrat qəsəbə sakini Məhəmməd Əliyevin döyülməsi nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur.

Araşdırmalarla onun həmin gün Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini R.Əzimov tərəfindən xuliqanlıq zəminində döyülməsi müəyyən edilmişdir.

Həkimlərin səyinə baxmayaraq M.Əliyev noyabrın 29-da xəstaxanada ölmüşdür.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Əzimov tutularaq istintaqa təhvil verilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır

Loading...

Oxşar Xəbərlər