DİGƏR

“TikTok” istifadəçilərinə XƏBƏRDARLIQ!

“TikTok”dan istifadə edənlərə xəbərdarlıq edilib.

32gun.az bildirir ki, ABŞ-ın proqram təminatı nəhəngi “Microsoft” məşhur sosial media platformasında böyük bir boşluq aşkarlayıb.

Belə ki, şirkətin fikrincə, xüsusi hazırlanmış keçidlərə klikləyən istifadəçilərin hesabları ələ keçirilə bilər.

“Bu isə istifadəçilərin məlumatlarını geri almasına və ya dəyişdirməsinə səbəb olacaq. Xəta nəticəsində ortaya çıxan və “yüksək həssaslıq” adlandırılan hücumda müxtəlif problemlər var. Problemlər arasına video yükləmək, digər istifadəçilərə mesaj göndərmək və şəxsi videolara baxmaq kimi əsas funksiyalara daxil idi”, deyə qurumdan bildirilib.

İddialara görə, zəifliyin arxasında “TikTok”un tətbiqi açan əlaqə infrastrukturu dayanır. Qeyd olunub ki, bu zəifliyin qarşısını almaq üçün platformanın Android proqramından ən müasir formada istifadə etmək lazımdır. Məlumata görə, “Microsoft” bu barədə bilgiləri “TikTok” sahibi Bytedance üçün də izah edib. Sfera.az

 

Loading...

Oxşar Xəbərlər