DİGƏR

Mövlam Şıxəliyevin daha bir ortağı üzə çıxdı – Generalın “kirayə biznes”i

Bakı Hərbi Məhkəməsində mühakimə edilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin yeni ortaqları üzə çıxıb.
 
"MTN işi”ndə istintaqın zərərçəkən kimi tanıdığı şəxslər Qaynarinfo-ya bildirib ki, Mövlam Şıxəliyevin yeni üzə çıxan ortağı Elxan Dadaşov adlı şəxsdir. O daha çox Mövlam Şıxəliyevə məxsus kirayə verilən evlərə nəzarət edir. Zərərçəkənlər bildirir ki, Elxan Dadaşovla Mövlam Şıxəliyevin "kirayə biznesi”ndə ortaqlığı var. Bundan başqa, o generala məxsus bir neçə biznesi sahəsini kurasiya edir. Bu işdə ona keçmiş polis əməkdaşı olmuş Kənan Kərimov adlı şəxs yardım edir. 
İddialara görə, təkcə Elxan Dadaşovun Bakıda onlarla mənzili var. Mövlam Şıxəliyevə məxsus mənzillərin sayı isə bilnimir. 

Zərərçəkənlər artıq Elxan Dadaşovla bağlı Baş Prokurorluğa müraciət edib. Onlar generalın ortağı ilə bağlı da araşdırlamalar aparılmasını istəyir.
Bu arada zərərçəkənlərin bir qismi keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovun Nardarandakı bağ evinin və Mövlam Şıxəliyevin "Sahil” metrosunun yaxınlığındakı evinin qarşısında aksiya keçirib. 

Zərərçəkənlərdən Əfsəl Həsənəliyev deyib ki, bir aya yaxındır onlara vədlər verilir ki, dəymiş zərər ödənəcək. Lakin hələ ki, nəticə yoxdur: "Biz gözlədik, gördük ki, bunlar köhnə oyunlarından əl çəkmirlər. Eldar Mahmudovu aradıq, dedilər, Nardaranda yaşayır. Soraqladıq, getdik, Eldarın imarətini tapdıq. Nardaran bağlarında böyük bir ərazidir, dörd bir tərəfi də hündür hasar, üstündə də kameralar. Nataraz bir darvazası da vardı. Çağırdıq, mühafizəçiləri çıxdı. Dedik ki, Mövlama söz verib ki, bizim zərərimizi ödəyəcək, biz də gəlmişik. Adlarımızı, soyadlarımızı yazıb götürdülər, telefon nömrəmizi aldılar. Dedilər ki, Eldar müəllim bizimlə əlaqə saxlayacaq”.

Zərərçəkən bildirib ki, sonradan onlarla əlaqə saxlanılıb: "Bizə Eldar Mahmudovun adından dedilər ki, o, bizdən alınan pullar haqda eşidib, lakin həmin pulların alınmasına heç bir aidiyyəti yoxdur. Belə çatdırdılar ki, bizlərdən alınan məbləğlər gizlədilib, yuxarıya qat-qat aşağı pul veriblər. Yəni Mövlam Şıxəliyevgil Eldar Mahmudovu aldadıblar. Eldar Mahmudov da buna görə indi yaxasını kənara çəkir ki, qoy bizlərə vurulan ziyanı da Mövlamgil ödəsinlər”.

Zərərçəkənlər bildirib ki, dəymiş zərərin ödənilməsi ilə bağlı qanunun imkan verdiyi addımları atmaqda davam edəcəklər. 
 

Loading...

Oxşar Xəbərlər