HADİSƏ

Bakıda restoranda yanğın olub

Bakıda restoranda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) 32gun.az-a verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 900 m² (hər mərtəbəsi 300 m²) olan üçmərtəbəli restoranın 1-ci mərtəbəsinin xarici divarına quraşdırılan havalandırma qurğusunun mühərriki yanıb. Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Loading...

Oxşar Xəbərlər