DİGƏR

Çox şikayət etmək beyinə ZƏRƏR VERİR

Şikayət və stress həyat keyfiyyətini aşağı salır, beyinə zərər vurur.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Stenford Universiteti araşdırma aparıb.

Məlum olub ki, təkcə şikayət etmək yox, başqasının şikayətini 30 dəqiqədən çox dinləmək də beyinə mənfi təsir göstərir.

Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır?

Şikayət etmək, tez-tez deyinmək, daima mənfi fikirlərlə yaşamaq, bütün bunlar beyini zədələyir. Bu zaman beyində yaddaş və problemlərin həllindən məsul olan hipokampusun ölçüsü azalır.

Mütəxəssislərin sözlərinə görə, bu problemlərdən azad olmaq üçün peşəkar dəstək almaqla yanaşı, fərdi şəkildə həyata keçirilə biləcək tədbirlər də var. Bunun üçün müsbət düşüncəni artırmaq üçün tədbirlər təklif olunur. KONKRET.az

Loading...

Oxşar Xəbərlər