SOSIAL

Adil Əliyev helikopter qəzasında həlak olan şəhidlərin dəfnində iştirak edib - FOTOLAR

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində həlak olanlar dəfn olunub. Onların cənazələri II Şəhidlər xiyabanında torpağa tapşırılıb.

32gun.az xəbər verir ki, Milli məclisin vitse-spikeri Adil Əliyev helikopter qəzasında həlak olan şəhidlərimizi son mənzilə yola salanlar arasında olub. 

"Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının dünən düşdüyü helikopter qəzasında həlak olan şəhidlərimizi son mənzilə yola saldıq. Allah şəhidlərimizə rəhmət etsin, ailələrinə səbr versin. Xalqımızın başı sağolsun"- deyə A.Əliyev sosial şəbəkədə paylaşım edib. 

Nilufər 

 

Loading...

Oxşar Xəbərlər