DÜNYA

Polis əlil arabasında olan şəxsi güllələdi –9 ATƏŞ

ABŞ-ın Arizona ştatında polis əlil arabasında olan şəxsə 9 güllə vurub.

Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, polisə axşam saatlarında marketdən oğurluq olması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn polis nəfəri oğurluqda şübhəli bilinən şəxsi saxlamağa çalışıb. O isə elektrikli əlil arabasında hadisə yerindən uzaqlaşmağa cəhd edib. Polis onu zərərsizləşdirmək üçün 9 dəfə yaxın məsafədən atəş açıb. Məhdud hərəkət qabiliyyətli şəxs hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Loading...

Oxşar Xəbərlər