HADİSƏ

Türkiyədə dənizə düşən azərbaycanlı gəncin cəsədi tapıldı - VİDEO (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, Türkiyənin Zonquldak şəhərinin Ereğli rayonunda yük gəmisində çalışan azərbaycanlı gəmiçi, 22 yaşlı Anar Orucov dənizə düşüb. Bartından gələn Sahil Mühafizə dalğıclarının həyata keçirdiyi axtarışlar heç bir nəticə verməmiş və qaranlığın düşməsi ilə axtarışlara son qoyulmuşdu.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, səhər saatlarında yenidən keçirilən axtarışlar zamanı A.Orucovun cansız bədəni aşkar olunub.

*** 10:04

Türkiyəlin Zonquldak şəhərinin Ereğli rayonunda yük gəmisində çalışan azərbaycanlı gəmiçi dənizə düşüb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmi kəndirinin dəyməsindən sonra suya yıxılan şəxs 22 yaşlı Anar Orucovdur.

Hadisə Ereğli rayonundakı limanda lövbər salan Panama bayraqlı “Ünzile Ana” adlı quru yük gəmisində baş verib.

Xilasetmə işlərinə cəlb olunan mütəxəssislər, onun gəminin altında ola biləcəyi ehtimalını irəli sürürlər. Gəmi yüklə dolu olduğu üçün bu ehtimalı gözdən keçirmək çətinləşib.

Xilasetmə işləri davam etdirilir.

Loading...

Oxşar Xəbərlər