İDMAN

Arda Turan futboldan ayrıldı (VİDEO)

Sonuncu dəfə “Qalatasaray”da çıxış edən Arda Turan futbolu tərk etdiyini açıqlayıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb futbolçunun Ərəbistan yarımadası və ABŞ-dan istədiyi səviyyədə təklif ala bilməməsi olub.

Qərarı ailəsi və yaxın dostları ilə bölüşən Arda futbolla vidalaşdığını xüsusi kliplə açıqlayıb.

"İndi göz yaşları içində, lakin cəsarətlə çəkmələri asmaq vaxtıdır. Bütün kariyeram boyu əlimdən gələni etməyə çalışdım. Və mən pis iş etdiyimi düşünmürəm. Yenə hazıram. Futbolda, kənarda, yenidən görüşənə qədər...”

Jalə

 

Loading...

Oxşar Xəbərlər