DÜNYA

DƏHŞƏTLİ HADİSƏ! Ana bir aylıq körpəsini sobada yandırdı

Türkiyənin Yozgat şəhərində psixoloji problemləri olduğu iddia edilən qadın 1 aylıq körpəsini vəhşicəsinə qətlə yetirib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Məlumata görə 25 yaşlı F.B qonşularına körpəsini öldürərək sobada yandırdığını etiraf edib. Evə gedən qonşular körpənin cəsədinin qalıqlarını sobada tapıblar.

Cinayətlə bağlı aiddiyatı qurumlara məlumat verildikdən sonra, hadisə yerinə baxış keçirilib.

Körpənin cəsədinin əvvəlcə bıçaqla kəsildiyi, sonra yandırıldığı müəyyən edilib.

Hadisə ilə bağlı istintaq başladılıb. Psixoloji problemləri olan qadının digər 2 yaşlı övladı Uşaq Dəstək Mərkəzinə göndərilib.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər