SOSIAL

İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi III oxunuşda qəbul olundu

Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

32gun.az-ın xəbərinə görə, layihəni Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.

Qeyd edək ki, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 180 375 536,0 manat, xərclərinin 180 375 536,0 manat məbləğində olması proqnozlaşdırılır.

Loading...

Oxşar Xəbərlər