MƏDƏNİYYƏT - ŞOU

Ermənistana dəstək olan daha bir ukraynalı müğənninin konserti ləğv edildi

Ukraynanın Xalq artisti Tina karolun Bakı konserti ləğv olunub. 

32gun.az xəbər verir ki, buna səbəb ifaçının Ermənistanla bağlı paylaşımı olub. Tədbirin ləğv olunması haqda məlumatı iticket.az yayıb. 

"15 Noyabrda keçirilməsi nəzərdə tutulan Tina Karol konserti ləğv edilib. Təcavüzkar rejimi dəstəkləyən sənətçilərə Azərbaycan səhnəsində yer yoxdur" deyə, yazıda qeyd edilib. 

Qeyd edək ki, Tina Karolun konserti heydər Əliyev Sarayında planlaşdırılmışdı.

Xatırladaq ki, bundan əvvəl ermənilərə dəstək olan ukraynalı müğənni Maks Barskix da Bakı konserti təxirə salınıb. 

Loading...

Oxşar Xəbərlər