KRİMİNAL

Azərbaycanda DƏHŞƏT: Ölənlər var - "Ağ ölüm"ün qurbanı oldu

Xırdalanda son günlərdə 2 nəfər narkotik vasitənin təsirindən ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xırdalan şəhəri “Mexkalon” yaşayış massivində 33 yaşlı V.Əsədov qəbul etdiyi narkotikin təsirindən vəfat edib.

Bundan 3 gün əvvəl isə Xırdalan şəhərinin Ş.Qurbanov küçəsində 1996-cı il təvəllüdlü R.Nəsirov narkotik vasitənin təsiri nəticəsində həyatını itirib.

Hər iki ölüm faktı ilə əlaqədar araşdırma aparılır.

Loading...

Oxşar Xəbərlər