HADİSƏ

Bakıda yol polisi ilə sürücü arasında dava (VİDEO)

Bakıda Yol Patrul Xidməti əməkdaşı ilə sürücü arasında daha bir insident yaşanıb.

32gun.az xəbər veri ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə yol polisinin sürücüyə təzyiq göstərdiyi, sürücünün isə polisin əmrinə tabe olmadığı əks olunub.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, görüntülərdə tabe olmayan sürücü əvəvl həbs edilsə də, sonra qrəar cərimə ilə əvəzlənib:

"Sürücü taksi fəaliyyəti ilə məşğul olub avtomobilinin üzərində 3 ayı tamam olmuş cərimələrinə görə həbs qərarının olduğu ona izah olunub. Bildirilib ki, bu halda İXM-nin 96-cı maddəsinin tələbinə görə avtomobil duracağa təmin olunmalıdır. Əvvəl razılığını bildirib daha sora avtomobilə əyləşərək, qapıları bağlayıb həmin yerdən uzaqlaşmağa çalışıb bu zaman videodanda görsəndiyi kimi polis əməkdaşı əlini qapıya atanda ayağı ilə onun əlini sıxır və çəkiliş edib gərginliyi məqsədli şəkildə öz xeyrinə göstərməklə qanuni işini görən polisi nüfuzdan salmağa çalışır. Şəxs aidiyyatı üzrə ərazi polis bölməsinə təmin edilib.

Nizami rayon məhkəməsinin qərarı ilə polisin qanuni tələbinə tabe olmadığı üçün barəsində 10 sutka həbs qərarı verilib. Daha sonra isə himayəsində azyaşlı uşaq olduğunu əsas tutaraq məhkəmə qərarından apelasiya şikayəti edib və cəza növü cərimə ilə dəyişdirilib lakin qərar qüvvədə saxlanılıb. Polis qanuna tabe olmayan şəxsin özbaşnalığına hüquqi qiymət verərkən çətin anlar yaşanıla bilər laki hər hansısa çəkiliş və ya digər bu tip vidyo materiallara görə öz işinə qarşı qətiyyətli münasibətini dəyişməməlidir. Hərə əlinə bir vidyo götürüb polisin işinə müdaxilə edib nizam-intizama təsir etməyi düşünürsə yanılır. Belə əməllərdənsə qanunların tələbini vaxtında icra edib vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik".

Görüntüləri təqdim edirik:

Loading...

Oxşar Xəbərlər