SİYASƏT

Ceyhun Bayramov Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib.

32gun.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri bu barədə tviter hesabında yazıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində bir sıra ölkələrin xarici siyasət idarələrinin rəhbərləri ilə görüşlər keçirib. 

Loading...

Oxşar Xəbərlər