HADİSƏ

90 yaşlı qadına oğlu və gəlini belə işgəncə verir - YENİLƏNİB (VİDEO)

Həyat yoldaşı ilə birgə 90 yaşlı anasına işgəncə verən oğul polisə dəvət olunub.

Bu barədə 32gun.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, anasına işgəncələr verən şəxs Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunub.

Hazırda araşdırmalar davam edir.

*** 14:28

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi oğlu və gəlinin işgəncə verdiyi 90 yaşlı qadınla bağlı hərəkətə keçib.

Bu barədə Oxu.Az-a qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov məlumat verib.

O, aidiyyəti üzrə əməkdaşların yönləndirildiyini və araşdırmanın başladıldığını bildirib.

*** 12:17

Bakıda yaşlı qadına zorakılıq edilməsi bağlı yayılan videogörüntülər araşdırılır.

32gun.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırmalara başlanılıb. Araşdırmaların sonunda məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə 90 yaşlı qadına qarşı oğlu və gəlini tərəfindən zorakılıq edilməsi ilə bağlı görüntülər yayılıb.

Loading...

Oxşar Xəbərlər