DÜNYA

Ərdoğanın BMT tribunasındakı çıxışı - Hindistanı ayağa QALDIRDI (VİDEO)

Hindistan və Pakistan arasında davam edən Kəşmir böhranı Ankara ilə Yeni Dehli arasında gərginlik yaradıb.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Ərdoğanın bu həftə Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında etdiyi çıxışında Kəşmir məsələsini gündəmə gətirməsi Hindistan administrasiyasının sərt reaksiyasına səbəb olub.

Ərdoğan çıxışı zamanı Hindistan və Pakistanın müstəqilliklərindən 75 il keçməsinə baxmayaraq hələ də güclü sülh və əməkdaşlıq qura bilməməsindən təəssüfləndiyini bildirib:

"Arzumuz Kəşmirdə ədalətli və davamlı sülh və əmin-amanlığın əldə olunmasıdır".

Ərdoğanın sözlərinə cavab Hindistan Xarici İşlər Nazirliyindən gəlib. Prezidentin sözlərini şərh edən Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçı, "BMT Təhlükəsizlik Şurasında Kəşmirlə bağlı danışıqların faydalı və ya yararlı olduğunu düşünmürəm" - deyə, söyləyib.

Eyni zamanda, Bağçi Hindistan və Pakistan arasındakı böhranın iki ölkə arasında Şimla razılaşmasına uyğun olaraq həll edilməsi lazım olduğunu bildirib.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər