SOSIAL

Kəlbəcərdə hərbçimiz itkin düşüb? - Atası danışdı (FOTO)

Ötən gün sosial şəbəkələrdə Bakı şəhəri, Maştağa qəsəbəsindən olan və hazırda Kəlbəcər rayonunda hərbi xidmət keçən Mirzəağa Axundzadənin sentyabrın 12-də itkin düşməsi ilə bağlı məlumat yayılmışdı.

Xəbəri dəqiqləşdirmək üçün Mirzəağanın atası Zülfüqar Axundzadə ilə əlaqə saxladıq.

Z.Axundzadə Bakupost.az-a açıqlamasında oğlu ilə bağlı yayılan məlumatın yalan olduğunu bildirdi. O, Mirzəağanın hazırda sağ-salamat olduğunu və hərbi xidmətini davam etdirdiyini bildirdi.

Qeyd edək ki, Mirzəağa Axundzadə “Actors Agency of Azerbaijan”ın tələbəsi olub. “Doğma torpaq” adlı bədii filmdə çəkilib.

Loading...

Oxşar Xəbərlər