DÜNYA

Liftdə skuterlə girdi: Partlayış baş verdi -VİDEO

Rusiyanın Krasnodar şəhərində liftin içərisində olan skuter bomba kimi partlayıb və onun sahibi ağır yaralanıb.

32gun.az xəbər verir ki, Rusiyanın cənubundakı Krasnodar şəhərində 37 yaşlı kişi skuterini təmir sexinə apararkən partlayış baş verib. 

Skuterlə liftə minən şəxs ölümdən dönüb. Liftin təhlükəsizlik kamerasına əks olunan hadisədə skuterin bomba kimi partladığı, tüstü çıxdığı görülüb. Kişi ağır yaralanıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Krasnodar polisinin verdiyi açıqlamada həmin şəxsin bədənində 3-cü dərəcəli yanıqların olduğu və müalicə olunduğu bildirilib.

Bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılıb, yararsız hala düşən lift də istismardan çıxarılıb.

 

 

Loading...

Oxşar Xəbərlər