HADİSƏ
Dərsdən çıxan şagird itkin düşdü - YENİLƏNİB
Göygöldə itkin düşən şagird tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov 32gun.az-a məlumat verib. Onun sözlərinə görə, 16 yaşlı Həsən Ələsgərli Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhərində tapılaraq ailəsinə təhvil verilib.
*** 11:34
Göygöldə yeniyetmə itkin düşüb.
32gun.az Lent.az-a istinadən xəbər verir ki , hadisə rayonun Çaykənd kəndində qeydə alınıb. 16 yaşlı Ələsgərli Həsən Əflatun oğlu kənddə yerləşən 58 saylı Kəlbəcər tam orta məktəbdən çıxaraq evə qayıtmayıb.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.