HADİSƏ

Azərbaycanda qadın ev sahibəsini və fəhləni bıçaqladı

Zaqatala rayonunda qadın qonşusunu və evində işləyən fəhləni bıçaqlayıb. 

32gun.az Oxu.Az-a istinadən xəbər verir ki, rayon sakini, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatda olan D.F. dünən günorta saatlarında qonşusu G.Cavadovaya məxsus ünvana gələrək qadına və evin həyətində işləyən fəhlə M.Əhmədova mətbəx bıçağı ilə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, zərərçəkənlərin xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə ekspertiza təyin olunub:

“Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

Loading...

Oxşar Xəbərlər