HADİSƏ

Azərbaycanda 6 gün öncə doğulan əkizlərdən biri öldü

Ağdaşda 6 gün əvvəl dünyaya gələn körpə dünyasını dəyişib.

Bu barədə 32gun.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 1999-cu il təvəllüdlü vətəndaş sentyabrın 11-də yalançı doğuş sancısı ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

Sentyabrın 17-nə qədər xəstəxanada stasionar müalicə aldıqdan sonra elə həmin gün 39 həftəlik hamiləliklə planlı şəkildə qeysəriyyə əməliyyatı icra olunub. Pasiyentin 2 400 və 3 000 qram çəkilərində əkizləri dünyaya gəlib. Stasionar yatışdan sonra ana və övladları sağlam şəkildə sentyabrın 21-i evə buraxılıb. Sentyabrın 22-si saat 22:00 radələrində ailə uşaqların biri üçün yenidən xəstəxananın Təcili Yardım Şöbəsinə müraciət edib. Uşağa zəruri tibbi xidmət göstərildikdən və müşahidə altında saxlanıldıqdan sonra stabil vəziyyətdə evə buraxılıb. 

Sentyabrın 23-ü səhər saat 05:00 radələrində ailə tərəfindən yenidən Təcili Tibbi Yardıma müraciət edilib. Körpə xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Hazırda ölüm faktı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırılma aparılır.

Loading...

Oxşar Xəbərlər