DÜNYA

Yunanıstanın baş naziri türkcə PAYLAŞIM edərək, türk xalqına SƏSLƏNDİ (FOTO)

Ankara-Afina xəttində son dövrlərdə yaşanan gərginlik davam edir.

Son olaraq, Türkiyə prezidenti Ərdoğan BMT-nin 77-ci Baş Assambleyasında etdiyi çıxışında Egeydə qayıqları batırılan və boğularaq həyatını itirən uşaqların fotoşəkilini göstərərək, Yunan tərəfinə sərt ifadələr söyləmişdi.

Ərdoğanın çıxışına cavab olaraq Yunanıstanın baş naziri Kiriakos Mitsotakis etdiyi çıxışında:

"Hər iki ölkənin qarşıdurma və fikir ayrılığı istəmədiyini bildirərək, "Gəlin qarşılıqlı hörmət və əməkdaşlıq çərçivəsində, birlikdə irəliyə doğru bir addım ataq" - deyə, sözlərinə davam edib.

Türkiyənin əhəmiyyətli bir ölkə olduğunu vurğulayan Mitsotakis, "Türkiyə bunu seçərsə, Avropa İttifaqı (AB) və Yunanıstanın müttəfiqi və dostu ola biləcək NATO üzvüdür." - deyə, bildirib.

Türkiyənin Ukraynadan taxıl ixracına imkan verən sazişdəki rolunu "dünyanın ərzaq təhlükəsizliyinə mühüm töhfə" kimi qiymətləndirən baş nazir, buna baxmayaraq Türkiyənin Şərqi Aralıq dənizi, Yaxın Şərq və Qafqazda sabitliyi pozan mövqe nümayiş etdirdiyini irəli sürüb.

Bunun ardınca baş nazir Tvitter hesabında Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı türkcə paylaşım edib.

32gun.az paylaşımın məzmununu təqdim edir:

"BMT-dən ünvanlanan bu mesajla təkcə türk liderlərinə deyil, türk xalqına da müraciət etmək istərdim: Yunanıstan Türkiyəni təhdid etmir. Biz düşmən deyilik. Biz qonşuyuq və dostluq münasibətlərinə böyük əhəmiyyət veririk."

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər