DÜNYA

Putinin SİRRİ AÇILDI: Ukraynadan görün kimi istəyirmiş (FOTO)

Ötən həftə Rusiya ilə Ukrayna arasında gedən müharibə zamanı əsir götürülən şəxslər dəyişdirilib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Prezident Ərdoğanın vasitəçiliyi ilə həyata keçirilən mübadilə bütün dünyada manşetlərə çevrilib.

Ərdoğanın “Putinin israr etdiyi adı Rusiyaya göndərdik” sözlərindən sonra, həmin şəxslə bağlı bir sıra təfərrüatlar məlum olub.

Belə ki, sözügedən şəxsin Putinin ən yaxın dostlarından olan Ukraynalı iş adamı və keçmiş deputat Viktor Medvedçuk olduğu öyrənilib. Onun, müharibədən əvvəl Ukraynanın 12-ci ən varlı adamı olduğu məlumdur.

Medvedçukun həm də Putinin qızının xaç atası olduğu iddia edilir.

Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar bildirib ki, Ukrayna ilə Rusiya arasında razılaşmaya uyğun olaraq həyata keçirilən əsir mübadiləsi çox çətin və uğurlu əməliyyatla həyata keçirilib. Bodnarın sözlərinə görə, "Ukrayna, Belarus və Rusiya sərhəd qapısında 200 əsgər Viktor Medvedçukla dəyişdirilib."

Xatırladaq ki, Ukrayna prezidenti Zelenski aprel ayında İnstaqram səhifəsində Medvedçukun qolları qandallı şəklini paylaşmışdı. Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) xüsusi əməliyyat keçirdiyini bildirən prezident, "Təbrik edirik! Təfərrüatları daha sonra paylaşacağıq" sözlərini əlavə etmişdi.

Nurlan Şiraliyev

Rusya ve Ukrayna arasındaki esir takasının başrolü! Putin'in ısrarla istediği ismin Medvedçuk olduğu ortaya çıktı

Loading...

Oxşar Xəbərlər