HADİSƏ

Xəzərdə bədəninin bir hissəsi olmayan kişi meyiti tapıldı - YENİLƏNİB

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xəzər dənizində insan meyitinin hissələrinin tapılması faktı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunur.

Həmçinin qeyd edilib ki, ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. 

*** 18:00

Xəzər dənizində, “Qərbi Azəri” platformasının yaxınlığında 200 metrə yaxın dərinlikdə yerləşən neft kəməri sualtı müşahidə aparatıyla yoxlanılarkən insan qalıqları və sümükləri aşkarlanıb.

32gun.az Oxu.Az-a istinadən xəbər verir ki, insan qalıqları və sümükləri xüsusi konteynerlə sudan çıxarılıb. 

Çıxarılan qalıqlara baxış zamanı onun kəskin çürüməyə məruz qalmış, bədəninin bir hissəsi olmayan kişi meyiti olduğu məlum olub. Tapılan şəxsin əynində 4 ədəd köynək olub. 

Fakt üzrə prokurorluq orqanlarında araşdırma aparılır.

Loading...

Oxşar Xəbərlər