SOSIAL

SOCAR-ın idarə rəisinin sürücüsünün başına görün nə iş gəldi

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adil Vəliyevin sürücüsünün maşından oğurluq edilib.

32gun.az-ın məlumatına görə, “Socar”a məxsus olan binanın binanın qarşısında baş verib. Belə ki, zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq İqtisadi Əməliyyatlar İdarəsində sürücü vəzifəsində işləyir. 

19 iyun 2022-ci il tarixdə saat 09:00-da işlədiyi idarəyə çatmış və idarə etdiyi **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili müəssisənin qarşısında saxlamışdır. 

19 iyun 2022-ci il tarixində saat 18:30 radələrində yenidən idarəyə qayıtmış, avtomobilə əyləşib mühərriki işə salmış, daha sonra su içmək üçün avtomobildən enərək işlədiyi idarəyə getmişdir. Özünə məxsus içərisində 10 ədəd 100 ABŞ dolları əskinas olmaqla 1000 (min) ABŞ dolları və müxtəlif bank kartları olan pul kisəsi bu zaman qabaq oturacaqların arasında yerləşən saxlanc yerində olmuşdur. 

Yenidən saat 18:34-də avtomobilə əyləşərək Əhmədli metrostansiyası istiqamətində hərəkət etməyə başlamışdır. Xətai rayonu, A.Ələsgər küçəsində ödəniş edən zaman pul kisəsinə baxan zaman orada olan 1000 (min) ABŞ dollarının yerində olmadığını görmüşdür.

Bu səbəbdən yenidən işlədiyi idarəyə getmiş və həmin gün rəisinə məxsus idarə etdiyi “Toyota” markalı avtomobilə və digər getdiyi yerlərə baxmış, lakin tapa bilməmişdir. 

20 iyun 2022-ci il tarixində işlədiyi müəssisəyə getmiş, orada quraşdırılmış videomüşahidə cihazlarını açaraq baxmağa başlamış və aşkar etmişdir ki, 19 iyun 2022-ci il tarixdə saat 18:34-də **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilə tanımadığı şəxs yaxınlaşmış, avtomobilin qabaq sağ qapısını açaraq daxil olmuş və oğurluq etdikdən sonra oradan uzaqlaşmışdır. 

Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, işsiz olduğu üçün maddi tələbatlarını ödəyə bilmirdi, xx.xx.2013-cü il təvəllüdlü oğlu Mustafayev İbrahim anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir, lakin oğlunun dərmanlarını almaq üçün maddi imkanı yoxdur. 19 iyun 2022-ci il tarixində yaşadığı ünvandan çıxmış, ünvan 2 ilə hərəkət etməyə başlamış, hərəkətdə olarkən oğluna lazımi dərmanları almaq üçün pulu necə əldə edəcəyi barədə fikirləşmiş, saat 18.30 radələrində ünvan 3 ünvanda “Socar”a məxsus olan binanın yanına gəlmiş, binanın qarşısında saxlanmış dövlət qeydiyyat nişanını xatırlamadığı ‘‘Chevrolet” markalı avtomobili görmüşdür. Avtomobilə baxan zaman qapılarının kilid yerinin açıq vəziyyətdə olduğunu görmüş, daha sonra həmin avtomobilin açıq qapılarından daxil olaraq, oğurluq edib oğlu üçün lazım olan dərmanları ala biləcəyini düşünmüş, ardınca ətrafda heç kəsin onu görməməsinə nəzər yetirdikdən sonra, avtomobilin sağ qabaq qapısının yanına gəlmiş, qapını açaraq içəri daxil olmuş, o, avtomobilin salonunda olarkən, cəld şəkildə pul əldə edə biləcəyi yerləri tez yoxlayaraq, ardınca avtomobilin salonunda, qabaq oturacaqların arasında yerləşən saxlanc yerini açmış, həmin saxlanc yerində qara rəngli pul kisəsini görmüşdür. Həmin pul kisəsini götürüb açmış, içərisində 10 ədəd 100 ABŞ dolları əskinas olmaqla 1000 (min) ABŞ dolları nağd pul aşkar etmişdir. Həmin 1000 ABŞ dolları götürərək oradan uzaqlaşmışdır. Oğurladığı pulu oğlunun xəstəliyi ilə əlaqədar olan xərclərə vermiş, qalan 480 (dörd yüz səksən) manatını ailəsinin şəxsi ehtiyaclarına ödəmişdir.

Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən Xətai rayon Məhkəməsində qərar verilib ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun.

Nilay

Loading...

Oxşar Xəbərlər