SOSIAL

SON DƏQİQƏ! Operativ Qərargah bu iki vacib məlumat yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə 32gun.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

İndiyədək ölkədə ümumilikdə 820 823 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 597 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 323 aktiv xəstə var. Bu günə qədər 9 903 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 484, bu günə qədər isə ümumilikdə 7 236 764 test icra olunub.

Operativ Qərargahın yaydığı digər məlumata görə, Azərbaycanda son gündə koronavirus əleyhinə 751 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 161, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 370, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 44 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 886 579 təşkil edir.

Loading...

Oxşar Xəbərlər