DÜNYA

İrandakı etirazların simvoluna çevrilən AZƏRBAYCANLI qadın güllələndi - Hamı bu görüntüdən danışır (VİDEO)

Sentyabrın 23-ü gecə saatlarında Kərəc şəhərinin "Erəm" buvarında keçirilən dinc etiraz aksiyası zamanı gənc şairə və ədəbiyyatçı Hədis Nəcəfi hökumət məmurlarının bir başa atəşi nəticəsində həyatını itirib.

32gun.az xəbər verir ki, Hədis İrandakı indiki etiraz aksiyalarının canlı simvolu sayılırdı. 

O, Əxlaq Polisi idarəsində Məhisa Əminini qətlə yetirilməsindən sonra küçələrə, etiraz aksiyalarına, mitinqlərə və nümayişlərə çıxmış iranlı qadınlar arasında ən fəallardan biri idi.

Onun dostlarının çəkdiyi fotoda Hədis Nəcəfinin gülələnmədən bir neçə dəqiqə qabaq saçını bağlayaraq aksiyaya hazırlaşdığı əks olunub.

Bu görüntülər sosial şəbəkədə sürətlə yayılmağa başlamışdı.

Ürək və sol qolundan altı güllə yarası alan Hədisin yerindəcə keçindiyi bildirilir.

Qeyd edək ki, sentyabrın 24-ü axşam İran televizyası aksiyalar zamanı öldürülən etirazçı sayının 41 nəfər olduğunu desə də, insan haqları təşkilatları bu rəqəmin həqiqəti əks etdirmədiyini və ölü sayının bir neçə dəfə çox olduğunu bildirirlər.

Məlunatlara görə Hədis Nəcəfi Azərbaycan əsillidir.

Loading...

Oxşar Xəbərlər