DÜNYA VİDEO

İranda etirazlar zamanı öldürülən azərbaycanlı gəncin bacısından ŞOK ƏMƏL - Ürəkdağlayan görüntülər (VİDEO)

Qəzvində Cənubi azərbaycanlı gənc Cavad Heydəri hökumət əleyhinə etirazlar zamanı İran rejiminin təhlükəsizlik qüvvələrinin baş nahiyəsindən açdığı atəşlə güllələnərək öldürülüb.

32gun.az "azad iran" teleqram kanalına istinadən xəbər verir ki, 36 yaşlı Cavad Heydəri kənd təsərrüfatı üzrə təhsil alıb və iqtisadi fəaliyyətlə məşğul olub.

Cavadın atası Əlipənah Heydəri bu barədə deyib:
"Oğlum kürəyindən hədəf alınıb və o, ağır qanaxma və təhlükəsizlik qüvvələrinin onu xəstəxanaya çatdırmaqdan imtina etməsi nəticəsində dünyasını dəyişib”.

Cavad Heydərinin bacısı İran rejiminin anti-qadın və repressiv siyasətinə etiraz olaraq qardaşının məzarı üstündə saçını kəsərkən Azərbaycan dilində "Qardaşım!” deyə fəryad edir.

 

Loading...

Oxşar Xəbərlər