SOSIAL

“3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” məhkəməlik oldu - Bu səbəbə görə

“3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC məhkəməlik olub. 

32gun.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə (Vergilərin, Rüsumlarin Ödənilməsi, Maliyyə Və Siğorta Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) cərimə protokolu tərtib edilərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Nərminə Rzayevadır. 

Bildirək ki, nizamnamə kapitalı  17642.75 AZN olan MMC-nin qanuni təmsilçi Aydın Ağayev Abbas oğludur. 

“3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeli qurumu olan ”Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin tərkibindədir. 

Nilay

Loading...

Oxşar Xəbərlər