SOSIAL

Dünya çempionundan Rəşad Dağlı ilə bağlı PAYLAŞIM

Beşqat dünya və 11 qat Avropa çempionu, "Qara brilliant" ləqəbli Rafael Ağayev bir neçə gün öncə həbs olunan meyxanaçı Rəşad Dağlı ilə bağlı paylaşım edib.

32gun.az xəbər verir ki, idmançı meyxanaçı ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq "Allah sənə yar və yardımçı olsun" sözlərini yazıb.

Qeyd edək ki, meyxanaçı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib. Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində gecə saatlarında qeydə alınıb. Hadisəni törətdikdən sonra Rəşad Dağlı Yasamal rayonu Polis İdarəsinə gələrək təslim olub və qətli törətməsini etiraf edib. Mübahisəyə səbəb İsgəndər Mehtiyevin meyxanaçıya zəng edərək söyüş söyməsi olub.

Nilay

Loading...

Oxşar Xəbərlər