SOSIAL
Dünya yeni virusla qarşı-qarşıya - XƏBƏRDARLIQ EDİLDİ
Qış aylarının yaxınlaşması ilə bütün dünyada koronavirus və qripə yoluxma halları yenidən artmaqdadır. İngiltərə isə yeni bir epidemiya ilə üz-üzədir.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu dəfə 19-cu əsrdə müşahidə edilən və uşaq ölümlərinə səbəb olan qırmızı qızdırma xəstəliyinin yenidən gündəmə gəldiyi ölkədə fövqəladə vəziyyət elan edilib.
Xüsusilə 10 yaşından kiçik uşaqlarda görülən xəstəliklə bağlı ictimaiyyətə xəbərdarlıqlar edilib.
Xəstəliyin qızdırma, halsızlıq, qarın ağrısı, ürəkbulanma və qusma, boyun tutulması kimi əlamətləri olduğu nəzərə çatdırılıb. Əsasən dil, üz, qoltuqaltı və qasıq nahiyəsindəki qırmızı ləkələrlə özünü göstərir.
Nurlan Şiraliyev