SOSIAL

SON DƏQİQƏ! Operativ Qərərgah axşam saatlarında iki vacib məlumat yaydı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Operativ Qərargah verdiyi digər məlumata görə, Azərbaycanda son sutkada 438 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 104, ikinci doza vaksinlərin sayı 106 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 195-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 33 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 916 246 olub.

 

Loading...

Oxşar Xəbərlər