SOSIAL

Ölkədə nikah, boşanma və ölüm halları ilə bağlı SON DURUM

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-sentyabr aylarında 45 321 nikaha daxilolma və 11 819 boşanma halları qeydə alınıb.

Bu barədə 32gun.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,0-a qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.

Bu ilin 9 ayında isə ölkə üzrə 46372 ölüm halı qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,5-dən 6,1-ə düşüb.

Loading...

Oxşar Xəbərlər