SOSIAL

Azərbaycanda 971 min manatlıq şirkət qaydaları belə "çeynədi" - Direktoru görün kimdir (FOTO)

"DUET-AVTO" MMC barəsində İqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan İnzibati Xəta protokolu tərtib edilib. 

32gun.az-ın əldə etdiyi məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə iddası ilə irəli sürülüb.

İş Nəsimi rayon Məhkəməsinə göndərib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Bildirək ki, nizamnamə kapitalı 971230 AZN olan "DUET-AVTO" MMC-nin direktoru (qanuni təmsilçisi) Valid Quliyev Hüseyn oğludur.  Şirkət 15.07.2004-cü il tarixində dövlət ydiyyatına alınıb. 

Şirkətin saytında qeyd olunn məlumata görə, 2004-ci ildə yaradılan “Duet Avto” MMC bütün növ elektro mobillərin, golf maşınlarının, kvadrocikllərin, avtokarların, elektrik velosipedlərin və skuterlərin şatışı ilə məşğuldur.

Duet Avto yerli bazarda lider olmasından əlavə, dünyanın bir sıra aparıcı elektro maşın istehsalçılarının rəsmi distribyutorudur. Marshell, Maximal, Polaris, Kinroad, CFMOTO və digər istehsalçıların məhsulları alıcılara təklif olunur.

Qeyd: "ElAvto" "Duet Avto" MMC-nin servis mərkəzidir. 

Nilay

Loading...

Oxşar Xəbərlər