SOSIAL

Qüdrət Əliyev vəzifəsindən AZAD EDİLDİ

Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri Qüdrət Əliyev vəzifəsindən azad edilib.

32gun.az xəbər verir ki, ilkin məlumata görə, Q. Əliyev onunla bağlanan əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən uzaqlaşdırılıb.

Məlumat üçün bildirək ki, Q. Əliyev Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun dönəmində birinci müavin vəzifəsində çalışıb.

Alimpaşa Məmmədovun həbsi zamanı Qüdrət Əliyev də dindirilib.

Daha sonra isə Q. Əliyev Şəmkir rayon Təhsil şöbəsinə rəhbərlik edib. //report

Loading...

Oxşar Xəbərlər