SOSIAL

İstintaqa cəlb edilən sabiq nazir müavini bu vəzifəsindən də ÇIXARILDI

Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvləri siyahısından çıxarılıb.

32gun.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Eyni zamanda, Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Müşahidə Şurasına yeni üzv təyin olunub.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs həbs olunub. Nazir müavini Elnur Əliyev isə istintaqa cəlb edilmişdi.

Bundan sonra o, Prezident İlham Əliyevin sərəncamı ilə nazir müavini vəzifəsindən azad edilib.

Loading...

Oxşar Xəbərlər