SOSIAL

Qobu bələdiyyəsi Ədliyyə İdarəsinə məxsus ərazini başqasına satdı - İş məhkəməlik oldu

Sumqayıt Regional Ədliyyə İdarəsi Abşeron rayonu, Qobu bələdiyyəsini məhkəməyə verib. 

32gun.az-ın əldə etdiyi məlumata görə, iki qurum arasında torpaq üstündə problem yaşanıb. İddiaya görə, Qobu bələdiyyəsi sözügedən idarəyə məxsus torpaq sahəsini başqasına satıb. 

Məhkəmə işi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Leyla Mirzəyevanın icraatına verilib.  İşin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - torpaq üzrə - Torpaq münasibətləri üzrə sair mübahisələrdir. 

Qeyd edək ki, Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi Bayramov Sahib Nadir oğludur. Qobu bələdiyyəsinin sədri isə Nəcəfov Araz Tofiq oğludur. 

Nilay

 

Loading...

Oxşar Xəbərlər