SOSIAL

Qarət edilən ev Hikmət Mirzəyevin qohumunun imiş

Abşeron rayonunda oğurluq edilmiş və Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevə məxsus olduğu deyilən evin kimə aid olduğu bilinib.

Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ev Hikmət Mirzəyevin yaxın qohumunun olub.

“Həmin evin Hikmət Mirzəyevə heç bir aidiyyəti yoxdur”, - deyə məlumatda bildirilib.

Hazırda faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.

Qeyd edək ki, ötən gün Vətən Müharibəsi Qəhrəmanına məxsus evin qarət olunması ilə bağlı məlumatlar yayılmışdı.

Loading...

Oxşar Xəbərlər