SOSIAL

Operativ Qərargah iki vacib məlumatı əhaliyə çatdırdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Digər bir məlumata görə, Azərbaycanda son sutkada 428 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 112, ikinci doza vaksinlərin sayı 76 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 195-dır. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 45 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 919 197 olub.

Loading...

Oxşar Xəbərlər