KRİMİNAL

14 yaşlı qızla cinsi əlaqədə olan əsgərə HÖKM OXUNDU

Abşeron Rayon Məhkəməsində 14 yaşlı qıza qarşı cinsi istismar və seksual xarakterli hərəkətlər edən, hazırda hərbi xidmətdə olan şəxsə hökm oxunub.

32gun.az xəbər verir ki, təqsirləndirilən şəxs qismində olan Tehran (red. ad şərtidir), yetkinlik yaşına çatmayan Günel Rəhimova (red. ad,soyad şərtidir) ilə "Əhmədli" metrosu yaxınlığında tanış olub.

Barəsində hökm oxunan şəxsin ifadəsinə görə, Günel Rəhimova (red. ad,soyad şərtidir) adlı qız ona yaxınlaşaraq, "Hövsan" qəsəbəsindəki evindən qaçdığını, qalmağa yeri olmadığını deyib və bir gecə qalmaq üçün ev tapmasını xaiş edib. Tehran (red. ad şərtidir) isə cavabında ona kömək edə bilməyəcəyini söyləyib. Daha sonra Günel onun yanından ayrılıb. Bir qrup şəxsin qızı narahat etdiyin görən Tehran, onu öz yanına çağırıb. Günelə evə qayıtmasını söyləyib. Öz telefonunu ona uzadaraq evləri ilə danışa biləcəyini bildirib. Günel heç kimlə ilə danışmaq istəmədiyini söyləyib. Daha sonra onlar gəzə-gəzə "Neapol" dairəsi deyilən əraziyə doğru hərəkət ediblər. Ərazidəki sıx ağaclıqların arasındakı skamyada oturublar. Söhbət zamanı qız adının Günel, yaşının 14 olduğunu bildirib. Daha sonra Günel başını Tehranın sinəsinə qoyub. Bununla da onlar arasında yaxınlaşma olub. Tehran, Günelə qalmağa ev tapa bilmədiyi üçün onu saat 02 radələrində Xırdalan şəhərində qaldığı evə sifariş verdiyi “bolt” taksi ilə aparıb. Həmin vaxt evdə heç kim olmayıb. Onlar arasındakı yaxınlıq daha da artıb. Gecə birlikdə qaldıqdan sonra təxminən saat 07 radələrində onlar Günelin təklifi ilə Bayıl qəsəbəsinə gedib və Xalça muzeyi istiqamətinə gəldikdə isə o, Güneldən ayrılıb.

Zərərçəkmiş şəxs ifadəsində, 2007-ci ildə doğulduğunu, 237 nömrəli orta məktəbin 8-ci sinif şagirdi olduğunu bildirib. Bəlli olub ki, qızın anası Əfsanə Rəhimova (red. ad, soyad şərtidir) işləri ilə əlaqədar qızını "Hövsan" qəsəbəsində yaşayan Gülnaz (red. ad şərtidir) adlı rəfiqəsinin evinə qoyub. Daha sonra Türkiyəyə yollanıb. Evi təmizləməyə görə aralarında mübahisə yarandığı üçün, 14 yaşlı Günel heç kimə demədən Gülnazın evindən çıxıb. Bunun ardınca o, Tehranla tanış olub. Tehranın onu aldadaraq əvvəlcə Bakı şəhərində istirahət parkına aparıb onunla əxlaqsız hərəkətlər etdiyini, sonra onu taksi ilə Xırdalan şəhərinə tanışının evinə apardığını, orada Tehranın ona qarşı nalayiq hərəkətlər etdiyini, onunla qeyri təbii yolla cinsi əlaqədə olduğunu, deyib. Qızın qaçdığından xəbər tutan Gülnaz polisə müraciət edib. Polis isə valideynlərin burada olmasını bildirib. Bunun ardınca Əfsanə Rəhimova təcili olaraq Türkiyədən geri qayıdıb.

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası alıb. Eyni zamanda o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər